AZ

Azərbaycan Dünya kubokunda təmsil edən qadın ŞAHMATÇILARIN ADLARI

Gürcüstanın Batumi şəhərində qadın şahmatçılar arasında Dünya Kubokunun açılış mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Gürcüstan Şahmat Federasiyasının rəhbəri Akaki İaşvili, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç, FIDE-nin vitse-prezidenti və Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov eləcə də digər qonaqlar iştirak ediblər.

FIDE prezidenti Arkadi Dvorkoviç çıxışında deyib ki, Dünya Kubokunda ən güclü qadın şahmatçılar iştirak edəcəklər.

FIDE-nin vitse-prezidenti, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov Gürcüstanın mötəbər şahmat yarışına ev sahibliyi etməsini önəmli hadisə adlandırıb və yarışın yüksək səviyyədə təşkil olunacağına inandığını bildirib.
 

Sonra püşklə ilk turda şahmatçıların hansı fiqurlarla mübarizə aparacağı müəyyənləşib. Tək rəqəmi seçən şahmatçıların qara fiqurlarla yarışacağı məlum olub.


Qeyd edək ki, Dünya Kubokunda Azərbaycan 4 şahmatçıyla təmsil olunur.

Püşkatmanın nəticələrinə görə, ilk mərhələdə Gövhər Beydullayeva İran təmsilçisi Anahita Zahedifarla, Ülviyyə Fətəliyeva Avstraliyadan Jilinq Janqla, Xanım Balacayeva qazaxıstanlı Elnaz Kaliaxmetlə, Gülnar Məmmədova isə çinli Yunşan Li ilə qarşılaşacaq.

Dünya Kubokunun ümumi mükafat fondu 691 250 ABŞ dollar təşkil edir. Qalib şahmatçı 50 min dollar qazanacaq. Yekunda ilk üç yeri tutacaq şahmatçı İddiaçılar Turnirinə vəsiqə əldə edəcək.

Qeyd edək ki, yarışda 47 ölkədən ümumilikdə 107 şahmatçı çıxış edir.

Bizim.Media

Seçilən
0
8
bizim.media

10Mənbələr