Turkish Airlines Rusiyaya uçuşları yenidən ləğv edib.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Tur Operatorları Assosiasiyası (ATOR) məlumat yayıb.
Bildirilib ki, iyulun 5-i günorta saatlarından iyulun 6-sı günortayadək Moskva, Sankt-Peterburq və Nijni Novqorod aeroportlarında 130-a yaxın reys ləğv edilib. Onların arasında beynəlxalq uçuşlar da var.
Məlumata görə, Turkish Airlines aviaşirkəti Sankt-Peterburqdakı Pulkovo aeroportundan Türkiyə kurortlarına nəzərdə tutulan 26 reysin 10-nu ləğv edib, 4-ü isə gecikib.
Bundan başqa, Vnukovo hava limanının məlumatına görə, Türkiyədən Sankt-Peterburqa uçmalı olan bəzi reyslər həmin hava limanına yönləndirilib.
Həmçinin Pegasus Airlines-ın İstanbul reysləri və Express Air aviaşirkətinin Tunisə (Hammamet) reysi də ləğv olunub.