AZ

Turkish Airlines Rusiyaya uçuşları yenidən ləğv etdi

Turkish Airlines Rusiyaya uçuşları yenidən ləğv edib.

Avtosfer.az xəbər verir ki, bu barədə Rusiya Tur Operatorları Assosiasiyası (ATOR) məlumat yayıb.

Bildirilib ki, iyulun 5-i günorta saatlarından iyulun 6-sı günortayadək Moskva, Sankt-Peterburq və Nijni Novqorod aeroportlarında 130-a yaxın reys ləğv edilib. Onların arasında beynəlxalq uçuşlar da var.

Məlumata görə, Turkish Airlines aviaşirkəti Sankt-Peterburqdakı Pulkovo aeroportundan Türkiyə kurortlarına nəzərdə tutulan 26 reysin 10-nu ləğv edib, 4-ü isə gecikib.

Bundan başqa, Vnukovo hava limanının məlumatına görə, Türkiyədən Sankt-Peterburqa uçmalı olan bəzi reyslər həmin hava limanına yönləndirilib.

Həmçinin Pegasus Airlines-ın İstanbul reysləri və Express Air aviaşirkətinin Tunisə (Hammamet) reysi də ləğv olunub.

Seçilən
4
50
avtosfer.az

10Mənbələr