Ölkədə hələ də bəzi torpaq sahələrinin dəqiq sərhədləri müəyyən edilməyib. Bu isə bir çox hallarda eyni torpağın bir neçə şəxs tərəfindən iddia olunmasına, uzunmüddətli məhkəmə çəkişmələrinə səbəb olur.
Bunu İnnovasiyalar üzrə ekspert Elşən Musayev ''Xəzər Xəbər''ə müsahibəsində deyib.
Ekspert deyir ki, rəqəmsal uçotun zəif olması, yeni texnologiyalardan az istifadə edilməsi torpaq idarəçiliyini çətinləşdirir.
O hesab edir ki, kadastr sistemi açıq deyil və bu səbəbdən də koordinatların çoxu səhvdir.
Ekspert təklif edir ki, torpaq sahələrinin dronlarla xəritələnməsi, məlumatların rəqəmsal bazaya daxil edilməsi və qorunması imkan verəcək ki, nə itki olsun, nə də sahibliklə bağlı mübahisə...
Mütəxəssis hesab edir ki, yeni yanaşmalar sayəsində həm dövlət qurumlarının işi yüngülləşəcək, həm də vətəndaş razı qalacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.