AZ

Küveytdə külli miqdarda narkotik təsirli “tanbak” saqqızı müsadirə edilib

Qahirə, 7 iyul, AZƏRTAC

Küveytin əl-Şuveyx limanında narkotik təsirli “tanbak” saqqızı yüklənmiş iki konteyner müsadirə edilib.

AZƏRTAC “əl-Ray” qəzetinə istinadla xəbər verir ki, adı çəkilməyən Asiya ölkəsindən gətirilən bu yükün ümumi çəkisi 29 ton olub. İdxalı qadağan olunmuş məhsul 581 min ədəd kisədə yerləşdirilib.

Küveytdə “tanbak” adlanan bu saqqız betel (və ya areka) ağacının fındığından hazırlanır. Cənub-Şərqi Asiya ölkələrində geniş istifadə edilən bu məhsulun tərkibindəki psixoaktiv maddə arekolin və nikotin stimullaşdırıcı və narkotik təsirləri ilə tanınır. Mütəxəssislərin fikrincə, bu maddənin davamlı istifadəsi ağız xərçənginin yaranma ehtimalını artırır.

 
Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Seçilən
12
2
azertag.az

10Mənbələr