"Milan"ın futbolçusu Teo Hernandes karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, fransalı cinah müdafiəçisi "Əl-Hilal"a transfer olacaq. Tərəflər arasında tam razılıq əldə olunub.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Milan" bu keçiddən 25 milyon avro qazanacaq.
Hernandes 2019-cu ildən "qırmızı-qaralar"da çıxış edirdi. O, İtaliya klubunun tarixində ən çox qol vuran müdafiəçidir - 34.