AZ

“Milan”ın müdafiəçisi “Əl-Hilal”da

“Əl-Hilal” “Milan”ın müdafiəçisi Teo Hernandes ilə müqavilə imzalayacaq.

İdmanxeber.az-ın məlumatına görə, tərəflər transferlə bağlı razılığa gəliblər. Müqavilə 25 milyon avroya başa gələcək. 27 yaşlı fransız yaxın günlərdə yeni klubuyla müqavilə imzalayacaq.

Hernandez 2019-cu ildən “Milan”da çıxış edir. Ötən mövsüm o, bütün turnirlərdə 49 oyun keçirib, 5 qol vurub və 6 məhsuldar ötürmə edib.

“Transfermarkt” Teonun bazar dəyərini 35 milyon avro qiymətləndirir. Onun “Milan”la müqaviləsi 2026-cı ilin iyunun sonunda başa çatır.

Seçilən
16
17
idmanxeber.az

10Mənbələr