AZ

Qazaxıstan və Azərbaycan İƏT birgə təşəbbüsləri sayəsində sabitliyin möhkəmləndirilməsinə hədəfləniblər - Astanadan baxış

Bakı. Trend:

İƏT 17-ci Zirvə görüşünün Xankəndidə keçirilməsi Qafqazdadəyişən geosiyasi balans fonunda rəmzi və strateji əhəmiyyət kəsbedir.

Bunu Trend-əmüsahibəsində siyasi elmlər doktoru Nurbolat Nışınbayev(Qazaxıstan) bildirib.

“Xankəndinin İƏT sammiti üçün məkan kimi seçilməsi Azərbaycanınregional iqtisadi əməkdaşlıq mərkəzi kimi artan rolunu xaricioyunçulara göstərən bir mesajdır”, – deyə o qeyd edib.

Nışınbayev vurğulayıb ki, Xankəndidə keçirilən sammit yalnıziqtisadi deyil, həm də geosiyasi bir bəyanatdır və bu, Azərbaycanınliderliyi ilə davamlı inkişafa yönəlmiş yeni regional düzəninformalaşmasına xidmət edir.

Ekspert, həmçinin Qazaxıstanın İqtisadi Əməkdaşlıq Təşkilatı(İƏT) çərçivəsində əməkdaşlığı məsələsinə də toxunub.

"Qazaxıstanın İƏT çərçivəsində əməkdaşlığının dərinləşdirilməsibir sıra strateji əhəmiyyətli iqtisadi və siyasi imkanlar açır.Ölkə Cənubi Asiya, Yaxın Şərq və Qafqaz bazarlarına çıxış imkanıəldə edir, eyni zamanda İran və Türkiyə üzərindən, o cümlədənTransxəzər beynəlxalq nəqliyyat dəhlizi vasitəsilə tranzitmarşrutlarından daha fəal istifadə edə bilər. Bu isə xariciticarətin şaxələndirilməsinə və Rusiya və Çin kimi ənənəviistiqamətlərdən asılılığın azaldılmasına şərait yaradır", – deyəNışınbayev izah edib.

Siyasi şərhçinin sözlərinə görə, İƏT-in enerji və infrastrukturlayihələrində iştirak Qazaxıstanın neft-qaz və logistikasektorlarında ixrac potensialını gücləndirir.

Məqalədə:
Seçilən
2
45
az.trend.az

10Mənbələr