AZ

"Ərdoğana "Allahın qorxağı" dedi,  məhkəməlik oldu - 500 min təzminat davası 

Türkiyə prezidenti Ərdoğan CHP sədri Özgür Özəli məhkəməyə verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna səbəb onun son çıxışında Ərdoğana qarş səsləndirdiyi sərt ittiham və təhdidlər olub.

Xatırladaq ki, CHP sədri Özgür Özəl 5 iyul 2025-ci ildə partiyadakı brifiqnd Ərdoğanı "qorxaq" adlandırıb: "Buradan Ərdoğana bir daha meydan oxuyuram. Madam ki, sən bir nömrəli partiya və onun liderisən, gəl, ey Allahın qorxağı. Ey Allahın qorxağı, bir nömrəli partiya olsaydın, seçkiyə gedərsən. Yalvarırsan mənə ki, gəl Ankarada partiyanın başında dur, İstanbuldakı aksiyaları dayandır. Guya onu mitinqlər narahat etmir. Mənə açıqca "Əkrəm İmamoğlunu burax" deyir. Ya sən kimsən? Sənin szünlə partiya başına keçənə qədər seçkiyə kimi şərəfimlə Silivridə Əkrəm başqanın yanında olaram...".

Samir Musayev
MİA.AZ

Seçilən
23
10
mia.az

10Mənbələr