Azərbaycanın aparıcı texnologiya şirkətlərindən biri olan iTech Group, dünya marketinqinin banisi Filip Kotlerin təsis etdiyi "Kotler Impact" təşkilatının təşəbbüsü ilə həyata keçirilən “Essentials of Modern Marketing – Azerbaijan” layihəsində iştirak edir. Bu nüfuzlu layihədə iştirak "iTech Group"un Azərbaycanın innovasiya potensialını beynəlxalq miqyasda nümayiş etdirməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
İlham Əzizov: "Bu layihədə iştirak bizim üçün növbəti strateji addımdır"
Şirkətin qurucusu və rəhbəri İlham Əzizov layihə ilə bağlı fikirlərini belə ifadə edib: “iTech Group" olaraq, 25 illik fəaliyyətimiz ərzində etimada, innovasiyaya və davamlı inkişafa sadiq qalmışıq. İT infrastruktur, ağıllı ev texnologiyaları, təhlükəsizlik sistemləri və ağıllı şəhər həllərinin inteqrasiyası sayəsində daha təhlükəsiz və gələcəyə hazır mühitlərin formalaşmasına töhfə veririk. “Ecolight” ağıllı işıqlandırmanın idarəetmə sistemi kimi innovativ həllər və çevik yanaşmamız vasitəsilə cəmiyyəti dəyişən dünyaya uyğunlaşdırmağa kömək edirik. Bu nüfuzlu layihədə iştirakımız da bu yolda atdığımız növbəti mühüm addımdır”.
"iTech Group" – Rəqəmsal transformasiyada milli innovasiya öncüsü
2000-ci ildən fəaliyyət göstərən "iTech Group" ötən illər ərzində həm dövlət, həm də özəl sektorda bir çox mürəkkəb İT və telekommunikasiya layihəsini uğurla reallaşdıraraq Azərbaycanın texnologiya sahəsində etibarlı və çevik şirkətlərindən birinə çevrilib.
Şirkətin əsas missiyası – effektiv, innovativ, təhlükəsiz və gələcəyə hazır bir mühitin yaradılmasına texnologiya vasitəsilə dəstək verməkdir. Bu missiya İT infrastrukturu, təhlükəsizlik sistemləri, kibertəhlükəsizlik həlləri, ağıllı şəhər və yaşıl enerji texnologiyaları kimi sahələri əhatə edən inteqrativ yanaşma ilə reallaşdırılır.
"Ecolight" – Enerjiyə qənaət edən texnologiya
"iTech Group"un innovativ məhsullarından biri olan "Ecolight" ağıllı işıqlandırmanın idarəetmə sistemi, süni intellekt və enerji səmərəliliyi ilə işləyərək şəhər infrastrukturlarında 40 %-ə qədər enerji qənaəti təmin edir. Bu texnologiya həm ekoloji, həm də iqtisadi baxımdan ağıllı şəhər konsepsiyasına real dəyər qatır.
Yaşıl texnologiyalar və ekoloji məsuliyyət
"iTech Group" son illərdə bərpa olunan enerji, enerji səmərəliliyi və ekoloji infrastruktur sahələrinə xüsusi önəm verir. Bu strategiya şirkətin yalnız texnoloji innovasiyalara deyil, həm də ətraf mühit və sosial məsuliyyətə önəm verdiyini nümayiş etdirir.
“Essentials of Modern Marketing – Azerbaijan” layihəsində "iTech Group"un iştirakı, şirkətin təkcə texnologiya sahəsində deyil, həm də qlobal bilik paylaşımı, bazar trendləri və innovativ yanaşmalar üzrə fəal iştirakçılardan biri olduğunu göstərir.