Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib.
O bildirib ki, ümumilikdə, baza hələ də öz aktuallığını qoruyub saxlayır:
"Bütün bunlara baxmayaraq, Rusiya son günlərdə bazada aktiv hərəkətlilik nümayiş etdirir. Ya şəxsi heyətin sayı artırılır, ya da silah arsenalı möhkəmləndirilir. Bu isə Ermənistanı ciddi narahat edir.
Xüsusilə hazırda Ermənistan daxilində siyasi vəziyyətin gərgin olduğunu, kilsə ilə hökumət arasında ciddi mübarizənin getdiyini nəzərə alsaq, vəziyyət daha da mürəkkəbləşir. Bundan başqa, Rusiyada yaşayan erməni əsilli milyarder Qaripikyanın Ermənistana qayıtması və onun ətrafında baş verən istintaq, vaxtilə Rusiyaya bağlı Qarabağ klanının fəallaşması Moskvanın təsir imkanlarının artdığına işarədir. Bu qüvvələrin Paşinyana qarşı çevriliş planları ehtimalını gücləndirir".
Politoloqun sözlərinə görə, bu səbəbdən Ermənistan rəhbərliyi Rusiyaya xəbərdarlıq edir:
"Əgər baza ölkənin daxili proseslərində iştirak edərsə, onun ölkədən çıxarılması üçün hüquqi əsas yaranacaq. Ermənistanın bu hüququ var, çünki baza yalnız xarici təcavüz halında Ermənistanın müdafiəsi məqsədilə fəaliyyət göstərməlidir. Əgər baza başqa ölkəyə qarşı və ya Ermənistanın daxili işlərinə qarışmaq üçün istifadə olunarsa, bu tamamilə yolverilməzdir və fəaliyyətinə son verilə bilər.
Əfsanə Kamal
Demokrat.az
10Mənbələr
-
oxu.azRusiyada azərbaycanlıların amansızlıqla qətlinə sərt REAKSİYA ( 19046203)
-
newscenter.azAzərbaycanlılara qarşı mənfi münasibət Moskvanın xeyrinə deyil ( 19044256)
-
aznews.azOqtay Qasımov: 'Rusiya postsovet məkanını yenidən nəzarətə almağa çalışır' ( 19038745)
-
azpolitika.info“Rusiya bazası Azərbaycana deyil, Paşinyana təhlükədir” İrəvandan Moskvaya və Bakıya mesaj ( 19036903)
-
demokrat.azPolitoloq: "Rusiya Ermənistandakı hərbi bazasını gücləndirir" ( 19033102)
-
demokrat.azPolitoloq: Rusiya Ermənistandakı hərbi bazasını gücləndirir ( 19033075)
-
baki-xeber.comRusiya Gümrüyə əlavə hərbi qüvvə yığır - Ermənistanda təhlükəli hərəkətlilik… Moskva nəyə hazırlaşır… ( 19006603)
-
bakivaxti.azRusiya Paşinyanı devirə biləcəkmi? Kreml fərqindədir ki... ( 18966646)
-
bakivaxti.azRusiya Paşinyanı devirə biləcəkmi? - Kreml fərqindədir ki... ( 18966631)
-
baki-xeber.comTürkiyəli partiya sədri Ermənistanı qarışdırdı – terrorçuya heykəl qoymaq olar, qəhrəmana yox? ( 18954622)