Bakı. Trend:
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) zirvə-görüşününXankəndidə keçirilməsi mövcud geosiyasi çağırışlar fonunda xüsusiaktuallıq qazanıb.
Bunu Trend-əmüsahibəsində Qazaxıstandan olan siyasi elmlər doktoru DulatbekKıdırbekulı bildirib.
Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ciZirvə görüşünün əhəmiyyətini şərh edən ekspert qeyd edib ki, CənubiQafqazda sürətlə dəyişən geosiyasi vəziyyət fonunda Azərbaycanınrolu xüsusilə ön plana çıxır.
Kıdırbekulı bildirib ki, İranın zirvə-görüşündə iştirakıçoxtərəfli dialoqa marağın göstəricisidir.
“Sammit planlı şəkildə keçirilsə də, mövcud reallıqlar fonundaonun həm rəmzi, həm də praktik baxımdan xüsusi əhəmiyyəti var”, –deyə professor vurğulayıb.
O əlavə edib ki, əsas nəqliyyat və enerji yollarınınkəsişməsində yerləşən Bakı regionda yeni təhlükəsizlik və iqtisadiəməkdaşlıq arxitekturasının dayaq nöqtəsinə çevrilmək üçün bütünzəruri şərtlərə malikdir.
Onun sözlərinə görə, İƏT-in inkişaf strategiyasında nəqliyyat vəlogistika məsələlərinə xüsusi diqqət yetirilir. Həm Azərbaycan, həmdə Qazaxıstan üçün Xəzər dənizi vasitəsilə Avropaya uzananistiqamətlərin inkişaf etdirilməsi prinsipial əhəmiyyət daşıyır. Buisə Türkmənistan, İran və Əfqanıstan kimi ölkələrlə dayanıqlırazılaşmaların və qarşılıqlı etibarlı münasibətlərin qurulmasınıtələb edir.
Kıdırbekulı həmçinin qeyd edib ki, Qazaxıstanın xarici siyasətiMərkəzi Asiya ölkələri ilə inteqrasiyanın dərinləşdirilməsinə vəregionun əsas tərəfdaşları, ilk növbədə Azərbaycanla əlaqələrinmöhkəmləndirilməsinə yönəlib. Onun sözlərinə görə, bu, İƏT-in ümumistrategiyasına tam uyğundur və bu çərçivədə Bakı mühüm, bəzihallarda isə həlledici rol oynayır.
“Qazaxıstanın diplomatik və geosiyasi arenada əldə etdiyiuğurlar bütün Mərkəzi Asiya regionunun uğurudur, bu da öznövbəsində İƏT-ə üzv ölkələrin, ilk növbədə Türkiyə və Azərbaycanınnailiyyətidir”, – deyə professor fikrini tamamlayıb.