AZ

Ersin Tatar Azərbaycan və Şimali Kiprin biznes icmalarını daha fəal əməkdaşlığa çağırdı


Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Azərbaycan İş Adamları Cəmiyyətinin (İCMA) Milli Assosiasiyasına və Kipr Türk Sahibkarlar Dərnəyinə (İŞAD) iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığına verdiyi töhfəyə görə təşəkkürünü bildirib.

Şimali Kipr liderinin saytında yerləşdirilən bəyanatda ötən həftə ŞKTC nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində sahibkarlarla keçirilən görüş yüksək qiymətləndirilib.

O qeyd edib: “Sevindirici haldır ki, ŞKTC-nin Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu almasından sonra Lefkoşa ilə Bakı arasında əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub. Rəsmi strukturlarla yanaşı, işgüzar dairələr də iki ölkə arasında dialoqa mühüm töhfə verir və bu, bizim üçün qürur mənbəyidir”.

Şimali Kipr lideri iqtisadi əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayaraq, sahibkarları daha sıx əməkdaşlığa çağırıb.

Bəyanatın mətni Ersin Tatarın Azərbaycana səfərindən fotoşəkillərlə müşayiət olunub.

ZÜMRÜD

Seçilən
5
50
baki-xeber.com

10Mənbələr