"SpaceX" şirkəti yeni maliyyə vəsaiti cəlb etmək və daxili səhmlərin satışı ilə bağlı planlar üzərində işləyir.
Valyuta.az xəbər verir ki, məsələ ilə tanış mənbələrin bildirdiyinə görə, bu əməliyyat nəticəsində "Elon Mask"a məxsus raket və peyk istehsalçısı olan şirkətin dəyəri təxminən 400 milyard dollara yüksələcək.
Bu, ABŞ-də özəl sektorda fəaliyyət göstərən şirkətlər arasında indiyədək qeydə alınan ən yüksək dəyər olacaq. Yeni qiymətləndirmə, 2024-cü ilin dekabrında həyata keçirilən səhmlərin geri alışı zamanı əldə edilmiş 350 milyard dollarlıq əvvəlki rekordu geridə qoyur. Həmçinin bu göstərici "TikTok"un sahibi "ByteDance" və "OpenAI" kimi texnologiya nəhənglərinin dəyərlərinə yaxınlaşır.
Qeyd edək ki, "SpaceX" son illərdə həm kommersiya kosmik uçuşları, həm də "Starlink" peyk internet xidməti sahəsində böyük uğurlar əldə edib. Şirkətin qiymətləndirilməsində bu amillər əsas rol oynayır.
Sərvanə Rəmixanova