ain.az, Olke.az portalına istinadən məlumat yayır.
Elm adamlarının fikrincə, antibiotiklərə davamlı "super böcəklər" in səbəb olduğu ölümlər 60% arta bilər.
Ölkə.Az NTV-yə istinadla xəbər verir ki, bunun iş gücü və qlobal iqtisadiyyata zərbə vuracağı bildirilir.
Araşdırmalara görə, "super böcəklər" 2050-ci ilə qədər milyonlarla insanın ölümünə səbəb ola və iqtisadiyyata 2 trilyon zərər vura bilər.
"The Guardian" yazır ki, Böyük Britaniya hökuməti tərəfindən maliyyələşdirilən bir araşdırma göstərir ki, tədbir görülməsə, antimikrobiyal müqavimətin (AMR) artması qlobal miqyasda gələcək 25 ildə 1,7 milyard dollara başa gələcək.
ABŞ-də 1,34 milyon və İngiltərədə 184 min insanın hər il antibiotiklərə davamlı böcəklərdən öləcəyi təxmin edilir, həmçinin dərmana davamlı bakteriyalardan ağır xəstələnən insanların sayının da artacağı gözlənilir.
Qlobal İnkişaf Mərkəzinin araşdırmasına görə, ABŞ, Böyük Britaniya və Aİ iqtisadiyyatları ən ağır zərbələr alanlar olacaq.
Tədqiqat 122 ölkə üçün antibiotik müqavimətinin iqtisadi və sağlamlıq yükünü hesablayıb.
Ən bədbin ssenaridə ÜDM itkilərin Çində ildə 722 milyard dollara, ABŞ-də 295,7 milyard dollara, Aİ-də 187 milyard dollara, Yaponiyada 65,7 milyard dollara və Böyük Britaniyada 58,62 milyard dollara çata biləcəyi təxmin edilir.
Billurə Yunus
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.