“Lion” Liqa 1-də qalacaq.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumata görə, klubun yeni rəhbərliyinin apellyasiya şikayəti təmin olunub və komandanın Liqa 1-də qalması təsdiqlənib.
Bundan əvvəl “Lion”un 505,1 milyon avro məbləğində borcu olduğu bildirilib.Klub maliyyə hesabatlarını pozmaqda ittiham olunurdu.
“Lion” ötən mövsümü 6-cı pillədə başa vuraraq Avropa Liqasına vəsiqə qazanıb.