Romada keçirdiyi mətbuat konfransı zamanı Ukrayna prezidenti Volodimir Zelenski müdafiə naziri Rustem Umerovun Ukraynanın ABŞ-dəkı yeni səfiri ola biləcəyini etiraf edib.
"Unikal" xəbər verir ki, onun sözlərini TASS sitat gətirib.
"Ukraynanın ABŞ-dəki səfiri dəyişdiriləcək.Bu, Müdafiə Nazirliyinin rəhbəri Rüstem Umerov olacaq", - Zelenski ifadə edib.
Bundan əvvəl Zelenski Ukraynanın Amerikadakı səfiri Oksana Markarovanı tutduğu vəzifədən uzaqlaşdırmaq niyyəti barədə məlumat verib.