AZ

Yanğın magistral su kəmərini qəzalı vəziyyətə saldı

Cəlilabadı su ilə təmin edən magistral kəmərdə qəza baş verib.

KONKRET.az-ın “Qafqazinfo”ya istinadən məlumata görə, hadisə günorta saatlarında Masallının Güllüdərə kəndi ərazisində olub.

Belə ki, biçilmiş taxıl sahəsində baş verən yanğın plastik su borusunu sıradan çıxıb.

Hadisə yerinə müvafiq dövlət qurumlarının əməkdaşları cəlb olunub, kəmərlə axan suyun bərpası hələ ki, mümkün olmayıb.

Qeyd edək ki, qəza baş vermiş su kəməri Viləşçay su anbarından Cəlilabad rayonunu içməli su ilə təmin edən əsas magistral xəttdir.

Seçilən
24
6
konkret.az

7Mənbələr