AZ

Masallıda yanğın su kəmərini zədələyib

Cəlilabadı su ilə təmin edən magistral kəmərdə qəza baş verib.

“Qafqazinfo”nun məlumata görə, hadisə günorta saatlarında Masallının Güllüdərə kəndi ərazisində olub.

Biçilmiş taxıl sahəsində baş verən yanğın plastik su borusunu sıradan çıxıb.

Hadisə yerinə müvafiq dövlət qurumlarının əməkdaşları cəlb olunub, kəmərlə axan suyun bərpası hələ ki, mümkün olmayıb.

Qəza baş vermiş su kəməri Viləşçay su anbarından Cəlilabad rayonunu içməli su ilə təmin edən əsas magistral xəttdir.

Seçilən
18
6
anews.az

7Mənbələr