AZ

Yanğın magistral su kəmərini qəzalı vəziyyətə salıb

Cəlilabadı su ilə təmin edən magistral kəmərdə qəza baş verib.

News365.az xəbər verir ki, hadisə günorta saatlarında Masallının Güllüdərə kəndi ərazisində olub.

Belə ki, biçilmiş taxıl sahəsində baş verən yanğın plastik su borusunu sıradan çıxıb.

Hadisə yerinə müvafiq dövlət qurumlarının əməkdaşları cəlb olunub, kəmərlə axan suyun bərpası hələ ki, mümkün olmayıb.

Qeyd edək ki, qəza baş vermiş su kəməri Viləşçay su anbarından Cəlilabad rayonunu içməli su ilə təmin edən əsas magistral xəttdir.

Seçilən
9
6
news365.az

7Mənbələr