AZ

Tramp Rusiyadan idxala 500 faiz rüsum tətbiq edə bilər

BAKI, 11 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə neft ticarəti edən ölkələrə, o cümlədən Çin, Hindistan və Türkiyəyə qarşı sərt ikinci dərəcəli sanksiyaların tətbiq edilməsi imkanını ciddi şəkildə nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə “The Times” jurnalı yazır.

Nəşrin yazdığına görə, söhbət Rusiyadan idxala 500% rüsum tətbiq edilməsini nəzərdə tutan qanun layihəsinin dəstəklənməsindən gedir ki, bu da faktiki olaraq qlobal neft embarqosuna çevrilə bilər.

“The Times”ın məlumatına görə, bu yanaşmanın səbəbi Trampın Rusiya Prezidenti Vladimir Putinin danışıqlardan imtina etməsindən və Ukraynada mülki obyektlərə hücumları davam etdirməsindən narazı olmasıdır.

Nəşr həmçinin yazır ki, əsas məsələ iqtisadi fəsadların olması riskidir. Ağ Ev sanksiyaların ləğvinin prezidentin səlahiyyətlərində qalmasını istəyir, Konqres isə məhdud nəzarət təklif edir.

Xatırladaq ki, daha əvvəl Trampın iyulun 14-də mühüm bəyanatla çıxış edəcəyi bildirilirdi.

phrase_var_article.chosen
72
50
teleqraf.com

10phrase_var_article.sources