AZ

75 faiz uğursuzluq: Trampın məhkəmə iclaslarının statistikası hazırlandı

ABŞ prezidenti Donald Tramp federal məhkəmədə onun əmrlərinin qanuniliyinə etiraz edən işlərin 75%-də uğursuzluğa düçar olub.

Publika.az xəbər verir ki, bu barədə “The Washington Times” qəzeti məlumat yayıb.

Bildirilir ki, Trampın hakimiyyətdə olduğu ilk altı ayda onun administrasiyasına qarşı prezidentin hərəkətlərinin legitimliyinə etiraz edən ən azı 500 iddia qaldırılıb. Bu, gündə təxminən dörd iddiaya bərabərdir.

Nəşrin məlumatına görə, mayın 1-nə ABŞ prezident administrasiyası 270 iddiadan 128-ni uduzub.

phrase_var_article.chosen
9
50
publika.az

10phrase_var_article.sources