AZ

“Neftçi”nin eks hücumçusu Birləşmiş Ərəb Əmirliklərində

"Neftçi"nin sabiq hücumçusu Mateus Saldanya karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, braziliyalı "Əl-Vəsl"ə keçib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı forvardla imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Mateus Saldanya 2022/2023 mövsümünün ikinci yarısında icarə əsasında "Neftçi"nin formasını geyinib. Onun son klubu Macarıstan "Ferentsvaroş"u olub.

Seçilən
23
5
sportinfo.az

10Mənbələr