AZ

Mahir Emrelini zədələdi, dava düşdü – VİDEO

Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi Almaniyanın “Kayzerslautern” klubu yoldaşlıq görüşündə İngiltərə təmsilçisi “Notts Kaunti” ilə üz-üzə gəlib.

Bizim.Media xəbər verir ki, qarşılaşma qalmaqalla yadda qalıb.

Belə ki, ingilislərin futbolçusu Barri Kotter Mahir Emreliyə arxadan zərbə endirib.
 

Nəticədə ara qarışıb. Futbolçular bir-birinin üzərinə hücum çəkib. Hakimin müdaxiləsindən sonra isə ara sakitləşib.


Barri Kotter qırmızı vərəqə görərək meydandan qovulub.

Qeyd edək ki, matç “Kayzerslautern”in 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Mahir Emreli görüşdə 1 qol vurub. O, 10-cu dəqiqədə komandasının üçüncü qoluna imza atıb.  




Bizim.Media

Seçilən
47
5
bizim.media

6Mənbələr