AZ

Mahir Emrelini vurdular, ara qarışdı - Video

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Kayzerslautern” yoldaşlıq görüşündə İngiltərə təmsilçisi “Notts Kaunti” ilə üz-üzə gəlib.

News24.az xəbər verir ki, qarşılaşma qalmaqalla yadda qalıb.

Belə ki, ingilislərin futbolçusu Barri Kotter Mahir Emreliyə arxadan zərbə endirib.

Nəticədə ara qarışıb. Futbolçular bir-birinin üzərinə hücum çəkib. Hakimin müdaxiləsindən sonra isə ara sakitləşib.

Barri Kotter qırmızı vərəqə görərək meydandan qovulub.

Matç “Kayzerslautern”in 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Mahir Emreli görüşdə 1 qol vurub. O, 10-cu dəqiqədə komandasının üçüncü qoluna imza atıb. (sportinfo.az)


Seçilən
51
5
news24.az

6Mənbələr