AZ

Mahir Emrelini zədələdi: Dava düşdü - VİDEO

Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi Almaniyanın “Kayzerslautern” klubu yoldaşlıq görüşündə İngiltərə təmsilçisi “Notts Kaunti” ilə üz-üzə gəlib.

"Cebheinfo.az" xəbər verir ki, qarşılaşma qalmaqalla yadda qalıb.

Belə ki, ingilislərin futbolçusu Barri Kotter Mahir Emreliyə arxadan zərbə endirib.

Nəticədə ara qarışıb. Futbolçular bir-birinin üzərinə hücum çəkib. Hakimin müdaxiləsindən sonra isə ara sakitləşib.

Barri Kotter qırmızı vərəqə görərək meydandan qovulub.

Qeyd edək ki, matç “Kayzerslautern”in 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Mahir Emreli görüşdə 1 qol vurub. O, 10-cu dəqiqədə komandasının üçüncü qoluna imza atıb.  

"Cebheinfo.az" 

Seçilən
41
5
cebheinfo.az

6Mənbələr