AZ

Əl-Nəsr” yeni baş məşqçisini açıqladı, Ronaldo paylaşım etdi

Portuqaliyalı mütəxəssis Jorje Jezus “Əl-Nəsr”in baş məşqçisi təyin olunub.

Publika.az xəbər verir ki, 70 yaşlı çalışdırıcı daha əvvəl Portuqaliyanın bir sıra klublarında, o cümlədən “Benfika”da işləyib. O, bu komanda ilə üç dəfə ölkə çempionu olub, iki dəfə isə Avropa Liqasının finalına yüksəlib.

Daha sonra Jezus “Əl-Hilal”, “Flamenqo” və “Fənərbaxça” kimi klubları çalışdırıb.

“Əl-Nəsr”də o, Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonu çalışdıracaq. 40 yaşlı ulduz futbolçu həmyerlisi olan mütəxəssisə xoş gəldin edib. “Xoş gəldiniz, cənab Jorje Jezus!” — deyə komandanın kapitanı sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, avqust ayında “Əl-Nəsr” Səudiyyə Ərəbistanı Superkubokunun oyunlarında iştirak edəcək. Turnirdə “Əl-İttihad”, “Əl-Hilal” və “Əl-Qadisiyyə” də yer alacaq.

Seçilən
64
50
publika.az

10Mənbələr