İyulun 15-də Çinin Tyanzin şəhərində ŞƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə İranın xarici işlər naziri Abbas Araqçi arasında görüş keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Bildirilib ki, tərəflər regional və beynəlxalq gündəlikdəki qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsini davam etdiriblər. İranın nüvə proqramı ətrafında yaranmış böhranın sırf siyasi və diplomatik yollarla beynəlxalq hüquq normalarına uyğun həllinin vacibliyi bir daha vurğulanıb.
Nazirlər müxtəlif səviyyələrdə gələcək təmaslar barədə razılığa gəliblər.
***
11:33
Rusiya xarici işlər naziri Sergey Lavrov İran xarici işlər naziri Abbas Araqçi ilə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz Teleqram kanalında paylaşım edib.
O, nazirlərin Çinin Tyantszin şəhərində görüşdüyünü yazıb.
Qeyd edək ki, Tyanzində Şanxay Əməkdaşlıq Təşkilatı üzv ölkələrinin XİN başçıları Şurasının iclası keçirilir.