AZ

Lavrov və Əraqçi İranın nüvə məsələsini müzakirə etdilər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və iranlı həmkarı Abbas Əraqçi Moskva və Tehran arasında müxtəlif səviyyələrdə yeni təmaslar barədə razılığa gəliblər. 

Missiya.Az Rusiya XİN-ə istinadən xəbər verir ki, tərəflərin görüşü Çinin Tyantszin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) nazirlərinin iclası çərçivəsində baş tutub. 

"Tərəflər qarşılıqlı maraq doğuran regional və beynəlxalq gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsini davam etdiriblər. İranın nüvə proqramı ətrafında yaranmış böhranın beynəlxalq hüquq normalarına uyğun olaraq müstəsna olaraq siyasi və diplomatik yollarla həllinin vacibliyi bir daha vurğulanıb", - nazirlikdən bildirilib. 

Nurlana ƏhmədovaMissiya.Az

Seçilən
23
6
missiya.az

7Mənbələr