İyulun 15-də Çinin Tyanzin şəhərində ŞƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə İranın xarici işlər naziri Abbas Əraqçi arasında görüş keçirilib.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Bildirilib ki, tərəflər regional və beynəlxalq gündəlikdəki qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsini davam etdiriblər. İranın nüvə proqramı ətrafında yaranmış böhranın sırf siyasi və diplomatik yollarla beynəlxalq hüquq normalarına uyğun həllinin vacibliyi bir daha vurğulanıb.
Nazirlər müxtəlif səviyyələrdə gələcək təmaslar barədə razılığa gəliblər.