AZ

Tramp Zelenskiyə Moskvanı vurmağı təklif edib

ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenskidən Moskvanı vurmağı təklif edib.

"Bakuinfo" xəbər verir ki, bu barədə adı açıqlanmayan mənbələrdən “Faynənşl Tayms” məlumat daxil olub.

Belə ki, Tramp Zelenski ilə iyulun 4-dəki telefon danışığı zamanı Rusiyanın dərinliklərinə zərbə endirilməsi məsələsinə toxunub. Tramp Ukrayna liderindən Moskvanı vura biləcəklərinə dair xəbər alıb.

“Əlbəttə, əgər bizə silah versəniz vura bilərik”, - Zelenski Trampa cavabında deyib.

Məqalədə deyilir ki, Tramp Zelenski ilə telefon danışığından bir gün əvvəl Rusiya Prezidenti Vladimir Putinlə apardığı söhbətdən narazı qalıb.

Ağ Ev və Ukrayna Prezidentinin Ofisi məsələyə münasibət bildirməyib.

Seçilən
31
13
bakuinfo.net

10Mənbələr