ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenski ilə son telefon danışığında Rusiyanın paytaxtına zərbə endirilməsi ideyasını ortaya atıb.
Bu barədə nüfuzlu Financial Times nəşri məlumat yayıb. Xəbərdə deyilir ki, 4 iyul tarixində baş tutan söhbət zamanı Tramp Zelenskidən birbaşa soruşub:
“Əgər biz sizə uyğun silahlar versək, Moskvanı vura bilərsinizmi?”
FT yazır ki, Tramp Ukraynanın “Rusiyaya ağrı hiss etdirmək” istədiyini açıq şəkildə bəyan edib və Rusiyaya qarşı hücumların daha da intensivləşdirilməsini istəyib.
Zelenski isə tərəddüd etmədən cavab verib:
“Əlbəttə, əgər siz bizə bu silahları versəniz, bunu edə bilərik.”
Qeyd edək ki, bu dialoq ABŞ-ın Ukraynaya uzaqmənzilli raketlər vermək məsələsini müzakirə etdiyi, Rusiyanın isə belə bir ssenarini “qırmızı xətt” kimi dəyərləndirdiyi bir dönəmə təsadüf edir.
Xəbər 9 dəfə oxunub.