AzVision.az xəbər verir ki, Rusiyanın sabiq baş naziri Sergey Stepaşin mətbuata açıqlamasında belə deyib.
“Tramp praqmatik adamdır. Yeri gəlmişkən, onunbizim prezidentimizlə bu oxşarlığı var: həm Vladimir Putin, həm də Donald Tramp üçün onların ölkəsi, onun maraqları hər şeydən önəmlidir. Amerikalılar üçün Amerika, bizim üçün isə Rusiya hər şeydən üstündür. Bax bu məsələdə biz oxşarıq”,- Stepaşin bildirib.
Onun fikrincə, bu baxımdan Trampı nə Ukrayna, nə də Avropa maraqlandırır, çünki ABŞ onun üçün hər şeydən önəmlidir. Sergey Stepaşin Rusiya prezidentinin özünü “incə və ehtiyatlı” apardığı Putin-Tramp söhbətlərinə də diqqət çəkib.
Bundan əvvəl amerikalı politoloq və Çikaqo Universitetinin professoru Con Mirşaymer qeyd etmişdi ki, Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin Ukrayna ilə bağlı mövqeyini dəyişə biləcəyinə inanaraq özünü aldadıb.
Professorun ehtimalına görə, Putin Trampa Ukraynadakı münaqişənin mahiyyətini Moskvanınnöqteyi-nəzərindən izah etməyə çalışıb, lakin Amerika lideri bunu başa düşməyib və bu səbəbdən danışıqlar dalana dirənib.
- ABŞ prezidenti əsas səbəbləri başa düşmür, ona görə də “bir neçə aydır ki, məzhəkə davam edir”,- Con Mirşaymer o vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta