AZ

"iPhone 17 Pro" modeli sürpriz rəng seçimi gəlir?

"Apple" hələ rəsmi açıqlama verməsə də, "iPhone 17" seriyasına dair sızan görüntülər və texniki məlumatlar cihazlarda əhəmiyyətli dizayn və texniki yeniliklərin gözlənildiyini göstərir. Xüsusilə "iPhone 17 Pro" və "Pro Max" modelləri üçün fərqli kamera dizaynı və yeni rəng seçimləri diqqət çəkir.

Valyuta.az xəbər verir ki, sızdırılan maket şəkillərinə əsasən, yalnız "iPhone 17" deyil, "iPhone 17 Pro", "Pro Max" və yeni iddia edilən "iPhone 17 Air" modellərində də nəzərəçarpacaq dəyişikliklər olacaq. Kamera modulları tamamilə yenilənəcək və Pro modellərdə ön kameranın 12 MP-dən 24 MP-ə yüksəldilməsi gözlənilir. Bu dəyişiklik, selfie və videozəng keyfiyyətində nəzərəçarpacaq irəliləyiş təmin edə bilər.

Pro modellərdə həmçinin daha böyük batareya tutumu və eyni anda ön və arxa kameralarla video çəkmə kimi inkişaf etmiş xüsusiyyətlərin təqdim ediləcəyi də iddia olunur.

Ekran texnologiyası baxımından isə bəzi suallar mövcuddur. İddialara görə, "iPhone 17 Pro", ekran baxımından "Samsung Galaxy S25 Ultra" ilə müqayisədə zəif qala bilər. "Apple"ın bu sahədə necə balans quracağı isə hələ bəlli deyil.

 

 

 

 

Tanınmış texnologiya sızdırıcısı "Sonny Dickson" tərəfindən yayımlanan görüntülərdə, "iPhone 17" seriyasının kamera halqaları görsənir. Bu görüntülərdə "iPhone 17 Pro" və "Pro Max" modellərində diqqət çəkən əsas detal isə turuncu rəngdəki kamera halqası olub. Bu da cihazın bu il üçün eksklüziv bir rəng seçimi ilə gələ biləcəyinə işarə edir.

Sızıntılara əsasən, "iPhone 17 Pro" modelləri beş rəngdə təqdim oluna bilər:

* Qara
* Boz
* Gümüş
* Tünd mavi
* Narıncı (yeni rəng)

Qara, boz və gümüş rənglərinin əvvəlki nəsil Titanium modellərinə bənzəyəcəyi, tünd mavinin isə "iPhone 15 Pro"dakı Mavi Titanium tonuna yaxın ola biləcəyi qeyd olunur. Turuncu isə "iPhone 17 Pro"nun bu ilə məxsus fərqli və cəsarətli rəngi kimi qarşımıza çıxa bilər.

Bütün bu sızıntılar etibarlı mənbələrdən gəlsə də, "Apple" tərəfindən rəsmi təsdiq verilmədiyi müddətcə ehtiyatlı yanaşmaq faydalıdır. Dizayn və texniki xüsusiyyətlər, adətən son anadək dəyişə bilər.

Paşa Məmmədli
 

Seçilən
23
13
valyuta.az

10Mənbələr