AZ

"Apple" bu il təqdim edəcəyi "iPad Pro" modelində cüt ön kamera yerləşdirəcək

"Apple" M5 çipli iPad Pro modellərində həm şaquli, həm də üfüqi kənarda yerləşən cüt ön kamera sisteminə keçid etməyə hazırlaşır.

Valyuta.az xəbər verir ki, bu yenilik cihazdan istənilən vəziyyətdə rahat "selfie" və "FaceTime" istifadəsini təmin edəcək.

2024-cü ildə təqdim olunan M4 çipli modellərdə ön kamera üfüqi kənarda yerləşdirilmişdi ki, bu da şaquli istifadədə "Face ID" funksiyasını çətinləşdirirdi. Cüt ön kamera bu problemi həll etməyə yönəlib.

Yeni modellərin əsas texniki yeniliyi "Apple"ın M5 çipi olacaq. Bu çip performans və enerji səmərəliliyi baxımından ciddi inkişaf vəd edir. Yeni nəsil modellərin 2025-ci ilin sentyabr və ya oktyabr ayında təqdim olunacağı gözlənilir.

Mayya Hüseynova 

Seçilən
0
10
valyuta.az

10Mənbələr