AZ

"Apple" mühəndisləri yeni qatlanan "iPhone"un dizaynından narazıdır

"Apple" şirkətinin mühəndisləri hazırda sınaqdan keçirilən ilk qatlanan "iPhone" prototipinin dizaynından məmnun deyillər. Onlar hesab edirlər ki, cihaz "Samsung Galaxy Z Fold" modelinə çox bənzəyir və bu, "Apple" üçün kifayət qədər innovativ sayılmır.

Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" jurnalisti Mark Qurman yazıb.

Şirkət sadəcə bazarda mövcud olan məhsulları təkrarlamaq deyil, əksinə, yeni standartlar müəyyən etmək niyyətindədir. "Apple"ın məqsədi daha incə, daha möhkəm və ekranında qatlana-qatlana əmələ gələn izlərin görünmədiyi bir model təqdim etməkdir — bu isə hazırda bazardakı bütün qatlanan telefonlarda problem olaraq qalır.

Apple" mühəndisləri hazırda həm texniki etibarlılığı, həm də estetik görünüşü eyni anda təmin edə bilmirlər. Bundan əlavə, "Apple" qatlanan "iPhone"un yalnız forma baxımından deyil, funksionallıq baxımından da fərqli olmasını istəyir. Məsələn, yeni modelin split view (ekranı iki hissəyə bölərək bir neçə tətbiqin eyni anda istifadəsi) və inkişaf etmiş multitasking (çoxprosesli işləmə) kimi funksiyaları təqdim etməsi gözlənilir – bu isə adi "iPhone"larda mümkün deyil.

Bütün bu səbəblərə görə cihazın bazara çıxarılması 2026-cı ilə qədər təxirə salınıb.

Qeyd olunur ki, yeni qatlanan "iPhone" "Apple" tarixində ən böyük batareyaya sahib olacaq. Lakin bu həm də onun şirkətin istehsal etdiyi ən bahalı cihazlardan biri olacağı anlamına gəlir.

Bu arada "Samsung artıq Galaxy Z Fold 7" modelini təqdim edib və "Apple"ın hələlik onunla rəqabətə tam hazır olmadığı görünür.

Paşa Məmmədli
 

Seçilən
0
13
valyuta.az

10Mənbələr