AZ

Tramp 150 ölkədən gətirilən mallaragömrük rüsumu tətbiq etməyi planlaşdırır

BAKI, 17 iyul. TELEQRAF

ABŞidxal olunan məhsullara 10-15% gömrük rüsumu tətbiq etməyi planlaşdırır, buqərar təxminən 150 ölkədən gətirilən mallara şamil olunacaq.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp"Real America’s Voice" kanalına verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, iyun ayında ABŞ-nin büdcəsində 25 milyard dollarlıq artıqlıq yaranıb və bu, yeni tariflər qüvvəyə minmədən baş verib.

Hazırda tətbiq olunan gömrük rüsumları əsasən avtomobillərə, onların ehtiyat hissələrinə, alüminium və polad məhsullarına aiddir. Lakin 1 avqustdan etibarən bu rüsumlar digər xarici mallara da şamil olunacaq",- o qeyd edib.

Prezident həmçinin bəzi ölkələrin liderlərinə 25%-dən 50%-ə qədər dəyişən yeni tariflərlə bağlı məktublar göndərdiyini deyib.

Ağ Evin aparat rəhbəri isə qeyd edib ki, bu məsələ ilə bağlı hələlik yekun qərar verilməyib.

Seçilən
110
50
teleqraf.com

10Mənbələr