AZ

ABŞ Hindistan mallarına 25% rüsum tətbiq etmək niyyətindədir

ABŞ administrasiyası Hindistandan gətirilən mallara 25% idxal rüsumları tətbiq etmək niyyətindədir.

“Report”un xəbərinə görə, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Ondan ABŞ və Hindistan arasında ticarət sazişinin hazırlanmasının başa çatıb-çatmadığını aydınlaşdırmaq istənilib: “Mən bildiyim qədər, yox” deyə Ağ Evin rəhbəri cavab verib.

“Biz görəcəyik. Hindistan yaxşı dost olub, lakin o, demək olar ki, hər hansı digər ölkədən daha yüksək tariflər tətbiq edib. Amma indi mən hakimiyyətdəyəm və bu, mümkün deyil”- deyə Tramp vurğulayıb.

Seçilən
13
1
report.az

10Mənbələr