AZ

Tramp Hindistana da "ilişdi" - 25% rüsum tətbiq edəcəm


ABŞ Administrasiyası Hindistandan gətirilən mallara 25% idxal rüsumları tətbiq etmək niyyətindədir. Bu barədə ABŞ Prezidenti Donald Tramp deyib. Media, Ağ Ev rəhbərindən ABŞ və Hindistan arasında ticarət sazişinin hazırlanmasının başa çatıb-çatmadığını soruşub: “Mən bildiyim qədər, yox” deyə Ağ Evin rəhbəri cavab verib.
“Biz görəcəyik. Hindistan yaxşı dost olub, lakin o, demək olar ki, hər hansı digər ölkədən daha yüksək tariflər tətbiq edib. Amma indi mən hakimiyyətdəyəm və bu, mümkün deyil”- deyə Tramp vurğulayıb.

Mətləb Salahov

Seçilən
42
1
baki-xeber.com

10Mənbələr