AZ

Ermənistan və İran bölgədə təhlükəsizlik məsələlərini müzakirə ediblər

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmadianla telefonla danışıb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Qriqoryan İsrail və İran arasında 12 gün davam edən müharibə zamanı həlak olanların ailələrinə başsağlığı verib, yaralılara isə tezliklə sağalmağı arzulayıb.

Telefon danışığında Ermənistan və İran arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. Qriqoryan bölgədə nəqliyyat yollarının açılması ilə bağlı Ermənistanın mövqeyini bir daha vurğulayıb. O qeyd edib ki, bu məsələ ərazi bütövlüyü, suverenlik və yurisdiksiya prinsiplərinə əsaslanmalıdır.

Əhmadian isə İranın da bu mövqeni dəstəklədiyini bildirib.

Tərəflər həmçinin regionda son hadisələri müzakirə edərək, bölgədə təhlükəsizlik və sabitliyin qorunmasının vacibliyini vurğulayıblar.

Seçilən
185
50
teleqraf.com

10Mənbələr