AZ

Moskvanın Domodedovo hava limanı yaxınlığında güclü partlayışdan sonra yanğın başladı...

Cümə axşamı, iyulun 18-də Moskvanın Domodedovo hava limanı yaxınlığında güclü partlayışlardan sonra yanğın baş verib.
 
Moderator.az "Yerli Telegram kanalları hadisə yerindən videolar dərc edir.
 
Hadisə şahidləri bildirirlər ki, “çöllüyə nəsə düşüb və partlayıb”.
 
Yayımlanan görüntülərdə  qalıqlara bənzər şeylərin yandığı görünür.
 
"Rosaviasiya" pilotsuz təyyarələrin təhlükəsi ilə əlaqədar “Xalça” planı elan edərək, hava limanında müvəqqəti məhdudiyyətlər tətbiq edib.
 
Rəsmi açıqlamada “uçuş təhlükəsizliyinin təmin edilməsindən” bəhs edilir.
 
"Flightradar"-ın məlumatına görə, təyyarələr Domodedovo üzərindəki qapalı zona ətrafında uçur.
 
Hava limanının onlayn lövhəsi ən azı beş reysin gecikdiyini göstərir.
Seçilən
197
50
moderator.az

10Mənbələr