AZ

Zelenskidən daha bir xanıma etimad: onu ABŞ-a səfir göndərir

Prezident Vladimir Zelenski Olqa Stefanişinanın Ukraynanın Amerika Birləşmiş Ştatları ilə əməkdaşlığın inkişafı üzrə xüsusi komissarı təyin edilməsi haqqında fərman imzalayıb.

Bu barədə dövlət başçısı Telegram-da bildirib.

“Bu statusda Olqa Ukraynanın ABŞ-dakı səfiri vəzifəsinə namizədliyinin Vaşinqtonla əlaqələndirilməsi üçün bütün müvafiq prosedurlar davam edərkən Amerika ilə münasibətlərdə təcil saxlamağa çalışacaq”, – Zelenski qeyd edib.

Eyni zamanda o, Avropa və Avro-Atlantik inteqrasiya istiqamətində gördüyü işlərə görə Stefanişinaya təşəkkür edib./Modern.az/


Seçilən
70
50
news24.az

10Mənbələr