AZ

Suveydada yeni gərginlik - Suriya qüvvələri yerləşdirilir, atəşkəs elan edilir

BAKI, TurkicWorld

Suriya təhlükəsizlik qüvvələri Suveydaya yerləşdirilir, bölgədə yenidən atəşkəs elan olunub.

TurkicWorld xəbər verir ki, Suriya Daxili İşlər Nazirliyi daxili təhlükəsizlik qüvvələrinin Suveyda əyalətinə yerləşdirilməsinə başlandığını açıqlayıb.

Eyni zamanda, Suriya Rəyasət Heyəti “dərhal və hərtərəfli atəşkəs” elan edib və bu rejimin pozulacağı təqdirdə ciddi nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq yayıb. Qeyd olunur ki, son günlər ərəb bədəvi qəbilələri ilə druz silahlı qrupları arasında yaşanan qarşıdurmalar nəticəsində onlarla əsgər həlak olub.

Qeyd edək ki, 13 iyuldan bəri Suveydada silahlı toqquşmalar və atəşkəs pozuntuları ilə paralel olaraq İsrailin də bölgədəki Suriya hədəflərinə hava zərbələri endirdiyi bildirilir.
Rəsmi məlumata görə, bu qarşıdurmalarda və hücumlardakı ümumi insan itkiləri yüzlərlə nəfərlə ölçülür.

Seçilən
46
7
turkic.world

10Mənbələr