AZ

KİV: İsrail Əl Şaraanı devirmək istəyir

"İsrail Suriyada vətəndaş müharibəsini bərpa etmək və Suriyanın keçid dövrü Prezidenti Əhməd əl Şaraanı devirmək istəyir".

Sitat.info xəbər verir ki, bu iddia ilə Türkiyənin "Hürriyet" qəzeti çıxış edib.

Nəşr qeyd edir ki, Türkiyə kəşfiyyatı daha əvvəl Əl Şaraaya qarşı sui-qəsdin qarşısını alıb:

"İsrail Suriyada sabitliyi pozmaq istəyir. Onlar vətəndaş müharibəsini yenidən başlatmağa çalışır, məqsəd Əhməd əl Şaraanı devirməkdir. Rəsmi Təl-Əviv Türkiyənin Suriyaya müdaxiləsindən narahatdır. PKK tam şəkildə tərkisilah olunsa, Ankaranın sözügedən ölkəyə təsiri artacaq. Buna görə də İsrail druzları canlandırmağa çalışır".

Seçilən
27
50
sitat.info

10Mənbələr