AZ

"Liverpul" Uqo Ekitike üçün yeni təklifə hazırlaşır

İngiltərənin son çempionu "Liverpul" hücum xəttini gücləndirmək məqsədilə transfer çalışmalarını davam etdirir.

90deqiqe.Az-ın məlumatına görə, "qırmızılar" yaxın saatlarda "Ayntraxt" klubuna Uqo Ekitikenin transferi ilə bağlı yeni rəsmi təklif göndərəcək.

Mənbənin məlumatına əsasən, Mersisayd təmsilçisi 23 yaşlı fransalı hücumçu üçün 80 milyon avro əsas məbləğ, əlavə olaraq isə 10 milyon avro bonus ödəməyi planlaşdırır. Bu təklifin qəbul ediləcəyi və transferin yekunlaşacağı gözlənilir.

Tavolyeri, daha əvvəl yayılan və transferin 100 milyon avroya başa gələcəyi yönündəki xəbərləri təkzib edərək, yekun məbləğin bu rəqəmdən aşağı olacağını vurğulayıb.

Qeyd edək ki, Uqo Ekitike Frankfurt klubunun heyətində 64 rəsmi oyunda meydana çıxaraq 26 qola imza atıb, 14 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
50
42
90deqiqe.az

10Mənbələr