AZ

“Liverpul” yay transfer xərclərində Avropada liderdir

İngiltərə çempionu “Liverpul” yay transfer pəncərəsində Avropanın ən çox vəsait xərcləyən klubu olub. 

90deqiqe.Az xəbər verir ki, bu barədə məlumatı “Transfermarkt” portalı yayıb.

Mersisayd təmsilçisi 2025-ci ilin yayında indiyədək transferlərə ümumilikdə 308,68 milyon avro ayırıb. Son olaraq klub Almaniyanın “Ayntraxt” komandasından hücumçu Uqo Ekitikeni heyətinə qatıb. Bu transferin ümumi dəyəri 95 milyon avro təşkil edir.

Siyahıda ikinci pillədə Londonun “Çelsi” klubu qərarlaşıb – 243,77 milyon avro. İlk “üçlüy”ü isə Madrid “Real”ı tamamlayır – 167,5 milyon avro. İlk beşlikdə həmçinin Mançester şəhərinin hər iki nəhəngi yer alıb: “Mançester Yunayted” 153,2 milyon avro, “Mançester Siti” isə 145,7 milyon avro xərcləyib.

Qeyd edək ki, “Liverpul” yay transferləri çərçivəsində artıq “Bayer Leverkuzen”dən Jeremi Frimpong və Florian Virts, “Bornmut”dan Miloş Kərkəz, həmçinin qapıçılar – “Puškaş Akademiyası”ndan Armin Peçi və “Preston”dan Fredi Vudmanla müqavilə bağlayıb.

Seçilən
98
49
90deqiqe.az

10Mənbələr