Bakı. Trend:
"Real" Rodrini artıq bu yay transfer etməyə cəhd göstərəbilər.
Trend xəbər verir ki, ASnəşrinin məlumatına görə, Madrid klubu "Mançester Siti"ninyarımmüdafiəçisi üçün yay transfer pəncərəsinin bağlanmasına yaxınsərfəli təklif edə və ya Rodrini gələn yay, onun müqaviləsininbitməsinə bir il qalmış, almağa çalışa bilər.
Əgər "Real" Rodrini bu yay transfer etməyə cəhd edərsə, transferməbləği ən azı 100 milyon avro olacaq. Sərfəli təklif "MançesterSiti"ni maraqlandıra bilər, çünki klubların heç biri diz zədəsindənsonra Rodrin vəziyyətinə tam əmin deyil. Gələn yay qiymət 60-80milyon avroya qədər enə bilər.
Qeyd edək ki, Rodrinin "Mançester Siti" ilə müqaviləsi 2027-ciildə başa çatır.