AZ

Rəhbərlik tələsmir, agenti ona yeni komanda axtarır

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva gələn yay klubdan ayrıla bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçunun agenti Jorje Mendeş müştərisi üçün yeni komanda axtarır.

Səbəb isə klub rəhbərliyinin hələlik Silvaya yeni müqavilə təklif etməməsidir. Onun “şəhərlilər”lə sözləşməsinin müddəti gələn yay başa çatacaq.

Agenti Silvanın “Mançester Siti”ni tərk etdikdən sonra azad agent kimi başqa bir kluba keçməsini planlaşdırır.

31 yaşlı futbolçu son mövsümdə “şəhərlilər”in heyətində 52 oyunda iştirak edib, 6 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
64
50
sportinfo.az

10Mənbələr