AZ

“Neftçi” 350 minə yaxın pul ödədi - Onu icarəyə götürmək üçün

“Neftçi”nin Freddi Varqasın icarə müqaviləsi üçün İsraildən “Makkabi”yə (Netanya) ödədiyi məbləğ məlum olub.

Sportinfo.az “Transfermarkt” portalına istinadən xəbər verir ki, Bakı təmsilçisi venesuelalı yarımmüdafiəçinin icarəsinə görə 175 min avro (təxminən 339 min manat) ödəyib.

“Neftçi” onu transfer etmək hüququ ilə bir illik icarəyə götürüb.

Venesuela millisinin üzvü “Deportivo Lara”, “Dallas”, “Nort Texas”, “Makkabi”(Bney Reyneh” klublarında oynayıb.

Seçilən
34
50
sportinfo.az

10Mənbələr