AZ

Avropada çıxış edən forvardın ”Qarabağ”a gəlib-gəlməyəcəyi bilindi - SON DƏQİQƏ

"Akademica Vizeu"nun hücumçusu Andre Klovis “Qarabağ”a keçməyəcək.

Bu barədə Ağdam klubundan redaksiyamıza məlumat verilib ki, braziliyalı onların maraq dairəsində deyil.

Qeyd olunub ki, Portuqaliya klubunun qolçusu ilə indiyədək heç bir təmas qurulmayıb və Avropa mediasının bu haqda yaydığı xəbərlər onun qiymətini qaldırmaq məqsədi daşıyır.

“Tema Sport”un iddiasına görə, “Levski” adıçəkilən ”sambaçı”nı transfer etməyə yaxındır. Sofiya təmsilçisi onun üçün ən azı 800 min avro tələb edən Portuqaliya klubu ilə anlaşmağa yaxındır.

Yalnız Klovisin özünün şəxsi müqaviləsini razılaşdırmaq qalır. Bildirilir ki, Bolqarıstan klubu Azərbaycan çempionuna rəqibi olsa da, “Levski” bir addım öndədir.

27 yaşlı hücumçunun Portuqaliya klubu ilə müqaviləsi 2025/26 mövsümünün sonuna kimidir.

”Qarabağ” geridə qalan həftələrdə Dani Bolt (Son klubu "Torreense", Portuqaliya), Pedro Bikalyo ("Alverka", Portuqaliya), Kris Kuaku ("Mafra", Portuqaliya) və Sami Mmaeeni ("Danamo" Zaqreb - icarə) sıralarına qatıb.

SPORTİNFO.AZ

Seçilən
37
50
sportinfo.az

10Mənbələr